Google Play Xidmət Şərtləri

15 mart 2023-cü il (Arxivləşdirilmiş versiyaya baxın)

1. Giriş

Tətbiq edilən Şərtlər. Google Play'dən istifadə etdiyiniz üçün təşəkkür edirik. Google Play 1600 Amphitheatre Parkway, Mountain View California 94043, USA ünvanında yerləşən, Google LLC ("Google", "biz" və ya "bizim") tərəfindən təmin edilən xidmətdir. Google Play və tətbiqlər (Android Ani Tətbiqlər daxil olmaqla), sistem xidmətləri, oyunlar, musiqi, filmlər, kitablar, jurnallar və ya onun vasitəsilə əlçatan olan digər rəqəmsal kontent və ya xidmətlərdən ("Kontent" kimi istinad edilir) istifadəniz bu Google Play Xidmət Şərtlərinə (“Play XŞ”) və Google Xidmət Şərtlərinə ("Google XŞ") (birlikdə "Şərtlər" adlanır) tabedir. Google Play Google XŞ'də təsvir edildiyi kimi "xidmət"dir. Əgər Play XŞ və Google XŞ arasında mübahisəli məqam yaranarsa, Play XŞ əsas götürüləcəkdir.

2. Google Play'dən istifadəniz

Kontentə giriş və onun istifadəsi. Kontentə nəzər salmaq, onu yerləşdirmək, baxmaq, yayımlamaq və ya mobil, kompüter, tv, saat və ya digər dəstəklənən cihazınız üçün ("Cihaz") endirmək məqsədilə Google Play'dən istifadə edə bilərsiniz. Google Play'dən istifadə etmək üçün müvafiq Kontentin sistem və uyğunluq tələblərinə cavab verən Cihaz, işləyən internet çıxışı və uyğun proqram təminatı tələb ediləcək. Kontentin və xüsusiyyətlərin əlçatanlığı ölkələr arasında dəyişir və bütün Kontent və ya xüsusiyyətlər sizin ölkənizdə əlçatan olmaya bilər. Bəzi Kontentlər ailə üzvləri ilə paylaşmaq üçün əlçatan ola bilər. Kontent Google tərəfindən təklif edilə bilər və ya Google ilə bağlı olmayan üçüncü tərəflər onu əlçatan edə bilər. Google Google'dan başqa bir mənbədən gələn, Google Play vasitəsilə əlçatan edilən hər hansı bir Kontent üçün məsuliyyət daşımır və onu təsdiq etmir.

Yaş Məhdudiyyətləri. Google Play'dən istifadə etmək üçün aşağıdakı yaş məhdudiyyətlərinə tabe olan etibarlı Google hesabınız ("Google Hesabı") olmalıdır. Ölkənizdə azyaşlı hesab edilirsinizsə, Google Play'dən istifadə etmək və Şərtləri qəbul etmək üçün valideyninizin və ya qanuni qəyyumunuzun icazəsi olmalıdır. Google Play'dəki xüsusi Kontent və ya xüsusiyyətlər üçün tətbiq edilə biləcək istənilən əlavə yaş məhdudiyyətlərinə riayət etməlisiniz. Ailə menecerləri və ailə üzvləri də bu əlavə tələblərə cavab verməlidirlər.

Üçüncü Tərəf Rüsumları. Kontent və Google Play'dən istifadəniz və onlara baxmağınız ilə əlaqədar üçüncü tərəflərin (internet provayderiniz və ya mobil operatorunuz kimi) tətbiq etdiyi istənilən giriş və ya verilənlər üzrə rüsumlara görə məsuliyyət daşıyırsınız.

Güncəlləmələr. Google Play, əlaqədar dəstək kitabxanaları və ya Kontent, məsələn, baqların aradan qaldırılması, genişləndirilmiş funksiyalar, əskik qoşmalar və yeni versiyalar üçün (birlikdə, "Güncəlləmələr") güncəllənməli ola bilər. Bu cür Güncəlləmələr Google Play'dən istifadə etməyiniz və ya Kontentə daxil olmağınız, onu endirmək və ya istifadə etməyiniz üçün vacib ola bilər. Bu Şərtlər ilə razılaşaraq və Google Play'dən istifadə edərək bu cür Güncəlləmələri avtomatik qəbul etməyə razılaşırsınız. Google Play'də Ayarlar vasitəsilə müəyyən Kontentə edilən Güncəlləmələri idarə edə bilərsiniz. Lakin əgər Güncəlləmənin Kontent ilə bağlı kritik təhlükəsizlik zəifliyini aradan qaldıracağı və ya kritik işlətmə problemi müəyyən edilərsə, Güncəlləmə Google Play və ya Cihazınızdakı Güncəlləmə ayarlarından asılı olmayaraq tamamlana bilər. Başqa bir tətbiq mağazası Google Play'dən ilk olaraq endirilən Kontenti güncəlləməyə cəhd etsə, xəbərdarlıq qəbul edə bilərsiniz və ya bu cür güncəlləmələrin qarşısı tamamilə alına bilər.

Sizin haqqınızda məlumatlar. Google Məxfilik Siyasətində Google Play'dən istifadə edərkən şəxsi məlumatlarınızdan necə istifadə etdiyimiz və məxfiliyinizi necə qoruduğumuz təsvir edilir. Google tranzaksiyalarınızı emal etmək və ya Kontenti sizə təqdim etmək məqsədləri ilə adınız və e-poçt ünvanınız kimi şəxsi məlumatlarınızı Təminatçılara təqdim etməli ola bilər. Təminatçılar bu məlumatlardan məxfilik siyasətlərinə uyğun qaydada istifadə etməyə razılaşırlar.

Google Play'də ailə qrupunun bir hissəsisinizsə, ailədəki ailə üzvləriniz haqqınızda müəyyən məlumatları görə biləcək. Google Play'də ailə qrupunun ailə menecerisinizsə, ailə qrupuna qoşulmaq üçün dəvət etdiyiniz ailə üzvləri adınızı, foto və e-poçt ünvanınızı görəcəklər. Ailə qrupuna ailə üzvü kimi qoşulsanız, digər ailə üzvləri adınızı, fotonuzu və e-poçt ünvanınızı görə biləcək. Ailə meneceriniz də yaşınıza baxa bilər və təyin edilmiş ailə ödəniş metodundan istifadə edərək satın alınmış Kontentin təsviri də daxil olmaqla, etdiyiniz bütün satınalmaların qeydini görəcək. Kontent ailə paylaşımı üçün əlçatan olsa və siz onu ailə qrupu ilə paylaşsanız, onda bütün ailə üzvləri Kontentə daxil ola və onu satın aldığınızı görə biləcək.

Hesablara İcazəsiz Giriş. Hesab detallarınızı təhlükəsiz saxlamalı və onları başqa biri ilə paylaşmamalısınız. Google Play'in və ya Google Play vasitəsilə digər Google Xidmətlərinin hər hansı istifadəçisinin hesab adı da daxil olmaqla şəxsi məlumatlarını toplamamalı və saxlamamalısınız.

Deaktiv Edilmiş Hesablar. Google Şərtlərə uyğun olaraq (məsələn, əgər Şərtləri pozursunuzsa) hesabınıza girişi deaktiv edirsə, Google Play'ə, hesab detallarınıza və ya hər hansı fayllara və ya hesabınız ilə saxlanılan digər Kontentə daxil olmağınızın qarşısı alına bilər. Ətraflı məlumat üçün Yardım Mərkəzinə baxın. Google Play'də ailənin ailə menecerisinizsə və Google hesabınıza girişi deaktiv edirsə, ailə üzvləriniz ailə ödəniş metodu, ailə abunəlikləri kimi ailə qrupu tələb edən ailə xüsusiyyətlərinə və ya ailə üzvləri tərəfindən paylaşılan Kontentə girişi itirə bilər. Google Play'də ailənin ailə üzvüsünüzsə və Google hesabınızı deaktiv edirsə, ailə üzvləriniz onlarla paylaşdığınız Kontentə girişi itirəcək.

Zərərli proqram təminatından müdafiə. Sizi zərərli üçüncü tərəf proqram təminatından, URL'lərdən və digər təhlükəsizlik problemlərindən qorumaq üçün Google Cihazınızın şəbəkə bağlantıları, potensial zərərli URL'lər, əməliyyat sistemi və Google Play və ya digər mənbələrdən Cihazınızda quraşdırılan tətbiqlər haqqında məlumatlar qəbul edə bilər. Google tətbiqin və ya URL'in təhlükəli olduğunu hesab etsə, sizə xəbərdarlıq edə bilər və ya onun cihazlara, verilənlərə və ya istifadəçilərə zərərli olduğu bilinsə, Google onu Cihazınızdan silə və ya quraşdırılmasını bloklaya bilər. Bu müdafiələrin bəzilərini Cihazınızda ayarlar bölməsində deaktiv etməyi seçə bilərsiniz, lakin Google Google Play vasitəsilə quraşdırılan tətbiqlər haqqında məlumat qəbul etməyə davam edə bilər və Cihazınızda digər mənbələrdən quraşdırılan tətbiqlərin Google'a məlumat göndərilmədən təhlükəsizlik problemləri üçün analizi davam edə bilər.

Android Ani Tətbiqləri. Cihazınızda linkə kliklədikdə Google Play müvafiq ani tətbiqin olub-olmadığını yoxlaya və əgər olarsa, linki ani tətbiqin içində aça bilər. Daxil olduğunuz ani tətbiqin hissələrini icra etmək üçün tələb edilən kod Cihazınıza endiriləcək və müvəqqəti olaraq orada saxlanacaq. Ani tətbiqin tətbiq detallarını Google Play marketdə tapmaq mümkündür. Android Ani Tətbiqləri haqqında verilənlər və ayarlar Google hesabınız ilə daxil olunmuş cihazlara sinxronlaşdırılır. Cihazınızdakı ayarlar bölməsində Android Ani Tətbiqləri deaktiv etməyi seçə bilərsiniz.

Bu Şərtlərə dəyişikliklərin edilməsi. Əgət Play XŞ-nədəyişiklik edilərsə, bu, ən azı 30 gün əvvəldən sizə bildiriləcək və yeni Play XŞ-i bu bildiriş müddətindən sonra qüvvəyə minəcək. Bu cür xəbərdarlıq dövründən sonra Google Play'dən davamlı istifadəniz yeni Play XŞ-ini qəbul etdiyinizi göstərəcəkdir. Yeni Play XŞbütün Kontentdən (keçmişdə quraşdırdığınız və ya satın aldığınız Kontent daxil olmaqla) və bütün sonrakı quraşdırma və satınalmalardan istifadənizə tətbiq ediləcəkdir. Bu cür dəyişikliklərlə razılaşmasanız, sizə əvvəlcədən satın aldığınız və ya quraşdırdığınız Kontenti endirmək və Google Play'dən istifadənizə xitam vermək imkanı verilir. Kontentin həmin surətini qəbul etdiyiniz Play XŞ-in son versiyasına uyğun olaraq Cihazlarınızda nəzərdən keçirə bilərsiniz.

3. Satınalmalar və Ödənişlər

Ödənişsiz Kontent. Google sizə Google Play'də Kontenti ödənişsiz endirmək, ona baxmaq və ya istifadə etmək icazəsi verə bilər. Müəyyən pulsuz Kontentə girişinizə və ondan istifadənizə əlavə məhdudiyyətlər tətbiq edilə bilər.

Kontentin Satın Alınması. Google Play'də Kontent aldıqda və ya Google Play'dən istifadə etdikdə aşağıdakılardan biri ola biləcək satıcı ilə bu Şərtlərə (müvafiq qaydada) əsaslanan ayrıca satış müqaviləsi imzalamış olursunuz:

(a) Google Commerce Limited; və ya

(b) Kontentin təminatçısı ("Təminatçı"), (o cümlədən, Google Commerce Limited şirkətinin Təminatçının agenti kimi çıxış etdiyi hallar.

Ayrıca satış müqaviləsi bu Şərtlərə əlavədir.

Google'un Təminatçı üçün nümayəndə kimi çıxış etdiyi satışlar üçün Google XŞ'dəki "Google XŞ hər hansı üçüncü tərəf benefisiar hüququ yaratmır" bəyanatı Google Play'dən istifadənizə tətbiq edilmir.

Kontentin satın alınması və istifadəsi üzrə müqaviləniz Google'dan həmin Kontenti satın aldığınızı təsdiq edən e-məktub qəbul etdikdə tamamlanır və bu müqavilənin icrası satınalma tamamlanan kimi başlayır.

:Ön sifarişlər. Kontent üçün ön sifariş etdikdə həmin elementi satın almağınız və ondan istifadəniz üzrə müqaviləniz Kontent sizin üçün əlçatan edildikdə tamamlanır və həmin vaxt satınalma üçün sizdən ödəniş tutulacaq. Ön sifarişinizi Kontentin sizin üçün əlçatan olduğu məqama qədər istənilən vaxt ləğv edə bilərsiniz. Kontent əlçatan edilməzdən əvvəl Google Play vasitəsilə satışdan çıxarılsa, ön sifarişinizi ləğv etməli olacağıq və sifarişiniz yerinə yetirilməzdən əvvəl qiymət dəyişdiyi halda sifarişinizi ləğv etmək hüququna malikik.

Ailə Ödəniş Metodu. Əgər Google Play'də ailə qrupunun ailə menecerisinizsə, sizdən Google Play'də və tətbiqlərdə Kontent satın almaq üçün istifadə etmək məqsədilə ailə üzvləriniz üçün etibarlı ailə ödəniş metodu təyin etməniz tələb ediləcək. Siz bütün ailə üzvlərinizin ailə ödəniş metodundan istifadə edərək Kontent satınalmaları üzrə məsuliyyət daşıyacaqsınız. Ailə qrupu silinsə və ya ailə üzvü ailə qrupunu tərk etsə, ailə üzvləri tərəfindən ailə ödəniş metodundan istifadə edilərək həyata keçirilən, gözləyən satınalmalar üçün sizdən pul tutula bilər.

Google Ödəmələri. Google Play vasitəsilə Kontent satın almaq üçün Google Ödəmələri hesabınız olmalıdır və Google Ödəmələri Xidmət Şərtləri ilə razılaşmalısınız. Google Ödəmələri Məxfilik Qeydi Google Ödəmələri hesabından istifadə edərək Kontent satın aldığınız zaman tətbiq edilir. Google Ödəmələri hesabınızda Google Play vasitəsilə edilmiş satınalmalarla əlaqədar bütün ödənilməli məbləğlər üçün məsuliyyət daşıyırsınız.

Digər Ödəniş Emalı Metodları. Google Play vasitəsilə Kontentin satın alınmasını asanlaşdırmaq üçün Google Ödəmələrinə əlavə olaraq Google müxtəlif ödəniş emalı metodlarını sizin üçün əlçatan edə bilər. Müvafiq şərtlərə və qaydalara və verilən ödəniş emalı metodundan istifadənizi idarə edən, Google və ya üçüncü tərəf ilə bağlanan digər hüquqi müqaviləyə riayət etməlisiniz. Google öz müstəqil qərarı ilə ödəniş emalı metodlarını əlavə edə və ya silə bilər. Google Play'də etdiyiniz satınalmalarla əlaqədar bütün ödənilməli məbləğlər üçün məsuliyyət daşıyırsınız.

Operator Billinqinə Uyğunluq. Şəbəkə provayderinizin hesabına fakturası göndərilmiş Cihazlarınız vasitəsilə Kontent satınalmalarını həyata keçirmək üçün uyğunluğunuzu müəyyən etmək məqsədilə Cihazda Google Play hesabı yaratdığınız zaman şəbəkə provayderinizə Cihazınızın identifikatorlarını, məsələn abunəçi ID'si və SIM kartın seriya nömrəsini göndərəcəyik. Buna icazə vermək üçün şəbəkə provayderinin xidmət şərtlərini qəbul etməlisiniz. Şəbəkə provayderi bizə billinq ünvanı məlumatlarınızı göndərə bilər. Bu məlumatları Google Məxfilik Siyasətləri və Google Ödəmələri Məxfilik Qeydinə uyğun olaraq saxlayacağıq və istifadə edəcəyik.

Qiymətləndirmə. Qiymətləndirmə və Google Play vasitəsilə göstərilən bütün Kontentin əlçatanlığı satınalmadan əvvəl istənilən vaxt dəyişdirilə bilər.

Vergilər."Vergilər" hər hansı əlaqədar cərimə və ya faiz də daxil olmaqla, Kontentin satışına aid olan istənilən borc, gömrük rüsumu və yığımlar və ya vergilər (gəlir vergisindən başqa) deməkdir. Vergilərə görə məsuliyyət daşıyırsınız və Vergilərdə heç bir azaltma olmadan Kontent üçün ödəniş etməlisiniz. Kontentin satıcısı və ya Google Vergiləri toplamaq və ya ödəmək üzrə öhdəlik daşıyırsa, Vergilər sizdən tutulacaq. Google Play'dən istifadəniz və ya Kontentin Google Play'də və ya onun vasitəsilə satın alınması ilə bağlı yaranan Vergilərin hesabatı və ödənişi daxil olmaqla, bütün müvafiq vergi qanunlarına riayət etməlisiniz. İstənilən bu cür müvafiq Vergilərin hesabatı və ödənişi sizin məsuliyyətiniz altındadır.

Alınan mallar geri qaytarılmır. Geri ödəmə üçün satınalmaları geri çəkmək, ləğv etmək və ya qaytarmaq hüquqlarınız ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə Google Play Geri Ödəmə Siyasətinə baxın. Google Play'in Geri Ödəmə Siyasətlərində və ya Təminatçının geri ödəmə siyasətində açıq şəkildə göstərildiyi hallar istisna olmaqla, alınan mallar geri qaytarılmır və heç bir geri qaytarmalara, yerdəyişmələrə və ya geri ödəmələrə icazə verilmir. Hər hansı tranzaksiya üçün yerdəyişmə, geri qaytarma və ya geri ödəməyə icazə verilsə, tranzaksiya ləğv edilə bilər və artıq həmin tranzaksiya ilə əldə etdiyiniz Kontentə daxil ola bilməyəcəksiniz.

Abunəliklər. Abunəliklərə hər billinq dövründə (həftəlik, aylıq, illik və ya digər dövr olmasından asılı olmayaraq) avtomatik olaraq borc yazılır və hər billinq dövrünün başlanmasından əvvəl 24 saatdan çox olmamaqla sizdən ödəniş tutula bilər.

(a) Sınaq Dövrləri. Kontentə müəyyən bir qiymətə abunə olduğunuzda müəyyən bir sınaq müddətinə pulsuz olaraq abunəlik imkanlarına giriş əldə edə bilərsiniz, bundan sonra abunəliyinizi ləğv edənə qədər sizdən ödəniş tutulacaq. Ödənişin tutulmasının qarşısını almaq üçün sınaq dövrünün sonundan əvvəl ləğv etməlisiniz. Sınağınızı ləğv etdikdə əksi göstərilmədiyi halda müvafiq tətbiqə və hər hansı abunəlik imkanlarına girişi itirəcəksiniz. Bu cür sınaq dövrləri üçün müəyyən edilmiş giriş imkanına verilmiş dövr ərzində hər istifadəçi üçün müəyyən sayda sınaq və ya digər məhdudiyyətlər ilə limit təyin edilə bilər.

(b) Ləğv etmə. Abunəliyi Yardım Mərkəzində təsvir edilən qaydada müvafiq billinq dövrünün sonundan əvvəl istənilən vaxt ləğv edə bilərsiniz və ləğv etmə növbəti dövrə tətbiq ediləcək. Məsələn, əgər aylıq abunəlik satın alırsınızsa, həmin abunəliyi abunəliyin istənilən ayı ərzində istənilən vaxt ləğv edə bilərsiniz və abunəlik növbəti aydan etibarən ləğv ediləcəkdir. Əksi Google Play geri ödəmə siyasətində göstərilmədiyi təqdirdə (məsələn, Kontent qüsurlu olduqda) cari faktura müddəti üçün geri ödəmə qəbul etməyəcəksiniz. (c) Çap Abunəçiləri üçün Güzəştlər. Bəzi Dövri Jurnal Təminatçıları artıq çap abunəçisi olduğunuz halda Google Play'də dövri Kontent abunəliyinizi güzəştli tarif ilə almaq icazəsi verə bilər. Həmin dövri jurnalın çap abunəliyini ləğv etsəniz və ya çap abunəliyinizin vaxtı bitsə və onu yeniləməsəniz, Google Play'də həmin Kontent üçün güzəştli abunəlik tarifiniz avtomatik olaraq ləğv ediləcəkdir.

(d) Qiymət Artımı . Bir abunəlik satın aldıqda ilk olaraq sizdən abunə olmaq üçün razılıq verdiyiniz zaman tətbiq olunan tarifə uyğun ödəniş tutulacaq. Daha sonra abunəliyin qiyməti artsa, Google sizə bildirəcəkdir. Artım ödənişin yazılmasından ən azı 30 gün əvvəlcədən xəbərdarlıq etmək şərtilə, xəbərdarlıqdan sonra növbəti ödənişə tətbiq ediləcəkdir. 30 gündən daha az müddət əvvəl xəbərdarlıq edilsə, qiymət artımı növbəti ödəniş tarixindən sonrakı ödənişə qədər tətbiq edilməyəcəkdir. Abunəlik üçün artmış məbləği ödəmək istəməsəniz, bizə cari billinq dövrününün sonundan əvvəl bildirməyiniz şərtilə bu Şərtlərin Ləğvlər bölməsində təsvir edilən qaydada abunəlikləri ləğv edə bilərsiniz və abunəliklər üçün əlavə məbləğlər ödəməyəcəksiniz. Təminatçı abunəliyin qiymətini artırsa və razılıq tələb edilsə, siz yeni qiymət ilə razılaşmasanız, Google abunəliyinizi ləğv edə bilər. Abunəliyiniz ləğv edilsə və siz daha sonra yenidən abunə olmaq istəsəniz, sizdən sonrakı cari abunəlik tarifi tutulacaqdır.

4. Hüquqlar və Məhdudiyyətlər

Kontentdən İstifadə Etmək Lisenziyası. Tranzaksiyanı bitirdikdən və ya Kontent üçün müvafiq rüsumları ödədikdən sonra bu Şərtlərdə və əlaqədar siyasətlərdə açıq-aydın icazə verildiyi qaydada Cihazlarınızda olan müvafiq Kontentin nüsxələrini toplamaq, onlara daxil olmaq, baxmaq, istifadə etmək və göstərmək üçün və ya başqa şəkildə icazə verildiyi qaydada yalnız şəxsi, qeyri-ticari məqsədlərlə istifadə üçün qeyri-müstəsna hüquqa sahib olacaqsınız. Şərtlərdə açıq-aydın sizə təmin edilməyən, Google Play'dəki və Kontentlə bağlı bütün hüquqlar və mülkiyyət hüquqları qorunub saxlanır. Tətbiqlərdən və oyunlardan istifadəniz siz və Təminatçı arasında olan son istifadəçi lisenziya müqaviləsinin şərtlər və qaydalarına əsaslana bilər.

Lisenziya Şərtlərinin Pozulması. Şərtlərin hər hansı birini pozsanız, bu lisenziya altındakı hüquqlarınıza dərhal xitam veriləcək və Google geri ödəmə etmədən Google Play'ə, Kontentə və ya Google Hesabına girişinizə xitam verə bilər.

Məhdudiyyətlər: Aşağıda göstərilənləri edə bilməzsiniz:

Üçüncü Tərəf Müddəaları. Bu Şərtlərdə əksi iddia edilən hər hansı bir müddəaya baxmayaraq, Kontenti Google'a lisenziyalaşdıran üçüncü tərəflər yalnız onların Kontenti ilə bağlı bu Şərtlərin xüsusi müddəalarına uyğun olaraq ("Üçüncü Tərəf Müddəaları") və yalnız bu cür üçüncü tərəflərə bu cür Kontentlə bağlı hüquqlarını tətbiq etmək imkanı yaratmaq məqsədilə, bu Şərtlərə əsasən, üçüncü tərəf benefisiarları hesab edilirlər. Şübhənin yaranmaması üçün bu Şərtlərdəki heç bir müddəa bu Şərtlərdə Üçüncü Tərəf Müddəalarına zidd olan, istinad olaraq birləşdirilmiş və ya birləşdirilmədən istinad edilmiş hər hansı müddəalar və ya müqavilələr daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan hər hansı müddəaya uyğun olaraq hər hansı tərəfə üçüncü tərəf benefisiar hüququnu ötürmür.

Play Siyasətləri. Google Play'də rəylərin dərc edilməsi aşağıdakı siyasətlərə tabedir. Sui-istifadə və ya digər qanun pozuntularını raportlamaq istəsəniz, buraya klikləyin.

Qüsurlu Kontent. Hesabınız vasitəsilə Kontent sizin üçün əlçatan olduqda Kontentin mümkün qədər qısa müddətdə qeyd edilən qaydada işləyib-işləmədiyini yoxlamalısınız və hər hansı bir xəta və ya qüsur aşkar etdikdə bizə və ya Təminatçıya mümkün qədər tez bir zamanda bildirməlisiniz. Ətraflı məlumat üçün Google Play Geri Ödəmə Siyasətinə baxın.

Kontentin Silinməsi və ya Əlçatan Olmaması. Bir icarə müddətinə satın alındıqda və Google'un bu Kontenti sizin üçün əlçatan etmək hüququna malik olduğu müddətdəki digər hallarda Şərtlərə uyğun olaraq satın aldığınız və ya quraşdırdığınız Kontent seçdiyiniz dövr ərzində Google Play vasitəsilə sizin üçün əlçatan olacaqdır. Müəyyən hallarda (məsələn, Google müvafiq hüquqları itirsə, xidmət və ya Kontent dayandırılsa, deməli, mühüm təhlükəsizlik problemləri mövcuddur və ya müvafiq şərtlər və ya qanunlar pozulub) Google satın aldığınız müəyyən Kontenti Cihazınızdan silə və ya ona girişi təmin etməyi dayandıra bilər. Google Commerce Limited tərəfindən satılan Kontent üçün mümkün olduqda sizə bu cür silinmə və ya dayandırılma barədə məlumat veriləcək. Bu cür silinmə və ya dayandırılmadan əvvəl Kontentin bir nüsxəsini endirə bilməsəniz, Google sizə ya (a) mümkün olduqda Kontentin yerinin dəyişdirilməsini, ya da (b) Kontentin qiymətinin tam və ya qismən geri ödənilməsini təklif edə bilər. Google sizə geri ödəmə təyin etsə, geri ödəmə yeganə vasitəniz olacaq.

Çoxsaylı Hesablar. Fərqli istifadəçi adları ilə çoxsaylı Google Hesablarınız varsa, sizin hər belə hesabın sahibi olmağınız və Google'un bu cür ötürmələrə icazə verən müvafiq xidmət xüsusiyyətini aktivləşdirməsi şərtilə bəzi hallarda Kontenti hesabdan çıxarıb başqa hesaba ötürə bilərsiniz.

Cihazlarda giriş ilə bağlı limitlər. Google Kontentə daxil olmaq üçün istifadə edə biləcəyiniz Cihazların və ya proqram təminatı tətbiqlərinin sayına vaxtaşırı limitlər qoya bilər. Google Play Musiqi və ya Google Play Film və TV üçün bu limitlər haqqında ətraflı məlumat əldə etmək məqsədilə Google Play Film və TV/Google TV İşlətmə Qaydalarısəhifəsinə və ya Google Play Film və TV/Google TV-yədaxil olun.

Təhlükəli Fəaliyyətlər. Xidmətlərin və ya Kontentin heç birinin Xidmətlərin və ya Kontentin müvəffəqiyyətsizliyi zamanı ölümə, şəxsi zədəyə və ya kəskin fiziki və ya mühit zədələnməsinə gətirib çıxara biləcək hallarda nüvə obyektlərinin fəaliyyəti, həyatı dəstək sistemləri, fövqəladə hallarda kommunikasiya, təyyarə naviqasiyası və ya rabitə sistemləri, hava nəqliyyatının idarəsi sistemləri və ya digər bu cür fəaliyyətlərdə istifadəsi nəzərdə tutulmur.

Google Play Film və TV/Google TVGoogle Play Film və TV'yə girişiniz və ondan istifadəniz ilə bağlı əlavə detallar və məhdudiyyətlər üçün Google Play Film və TV/Google TV İşlətmə Qaydalarına baxın.