Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) təqdim etdiyi MigAz smartfonunuzda geniş miqyasda rəsmi miqrasiya xidmətlərinə çıxışı təmin edir. Bu tətbiqdən istifadə edərək bir neçə xidmət üçün müraciət edə bilərsiniz və ya Azərbaycan haqqında çox faydalı məlumatlar əldə edə bilərsiniz.
Əsas funksionallıqlar: * Azərbaycan haqqında, miqrasiya qanunvericiliyi haqqında məlumatlar * Yeni istifadəçinin qeydiyyatı * Olduğu yer üzrə qeydiyyata alınma * Elektron xidmətlər: - Məhdudiyyətin yoxlanılması - Müraciətin statusunun yoxlanılması - Onlayn ödəmə - Onlayn növbənin alınması * Müraciətin statusu barədə bildirişlərin göndərilməsi * Onlayn məsləhətçi