EKS.AZ - Endirimli Kupon Sistemi

52

EKS.AZ mobil tətbiqini yükləyib endirimli kuponu əldə etmək PULSUZDUR.
Android mobil qurğu istifadəçisi EKSAZ mobil tətbiqini yüklədikdən sonra, onu istifadə edəcəyi üç (Azərbaycan, ingilis və ya rus) dildən birini seçir. İstifadəçi şərtlərini oxuyub razılaşdığı təqdirdə, razılığını müvafiq xanada qeyd etməklə Növbəti xananı seçir. İstifadəçinin mobil qurğusunun ekranında EKSAZ tərəfindən təqdim edilmiş kodlaşdırılmış QR-kod - EKSAZ ENDİRİM KUPONU görünür. İstifadəçi əldə etdiyi endirim kuponu vasitəsi ilə EKSAZ Partnyorları tərəfindən təqdim edilmiş və tətbiqdə müvafiq bölmədə əks etdirilmiş endirimli xidmətlərdən istifadə etmək hüququ əldə edir.
EKS.AZ istifadəçilərinin EKS.AZ mobil tətbiqi vasitəsi ilə tətbiqdən istifadə etməyə hüququ olmayan (18 yaşına çatmayan), hansısa səbəbdən imkanları olmayan (ruhi xəstələr, səhhətində olan hazırki vəziyyətləri bu tətbiqdən istifadə etməyə imkan verməyən şəxslər) və digər şəxslər (android mobil qurğularından istifadə etməyən və ya ümumiyyətlə mobil qurğuları olmayan şəxslər üçün və s.) üçün də Dost Kuponu bölməsindən istifadə etməklə digər şəxslərin Partnyorlarımızın endirimlərindən istifadəsi mümkündür. Dost kuponunu paylaşmaq, bununla yanaşı çap edərək istifadə etmək də mümkündür. İstifadəçi kuponları kimi Dost kuponları da EKS.AZ partnyorlarının təqdim etdiyi bütün endirimlərdə keçərlidir.
EKS.AZ Endirimli kuponundan istifadə edildikdən sonra şəxsin mobil qurğusuna özünün və ya onun aldığı dost kuponundan istifadə barədə bildiriş gəlir. Xidmətdən istifadə edildikdən sonra gün ərzində həmin şəxsin mobil qurğusuna istifadə edilmiş xidməti dəyərləndirmək məqsədi ilə qiymətləndirmə və şərh yazılması üçün yeni bildiriş daxil olur (Dost kuponları istifadə edildikdə onlar qiymətləndirmə və rəylərdə iştirak etmir). Bildiriş daxil olmadıqda və ya bağlandıqda qiymətləndirmə və rəy yazmaq EKS.AZ mobil tətbiqinə daxil olmaqla mümkündür. EKS.AZ sistemi bununla Partnyorlarımızın istifadəçilərə daha diqqətli yanaşmasına və onların göstərdikləri xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.
EKS.AZ mobil tətbiqi vasitəsi ilə Partnyorlarımızdan əldə edəcəyiniz endirimlər yalnız partnyorlarımız tərəfindən təyin edilmiş müddətlərdə keçərlidir.
EKS.AZ istifadəçiləri bu tətbiqdən istifadə etməklə, EKS.AZ xəbərləri vasitəsi ilə müxtəlif endirimlər, kampaniyalar və yeniliklər barədə də xəbər alacaqlar.
EKS.AZ mobil tətbiqindən istifadə etdiyiniz üçün Sizə təşəkkür edirik!

Bizimlə əlaqə: info@eks.az
Ətraflı məlumat: www.eks.az
Read more
5.0
52 total
5
4
3
2
1
Loading...

What's New

- some bugs were fixed
Read more

Additional Information

Updated
May 25, 2018
Size
12M
Installs
500+
Current Version
1.6.35
Requires Android
4.0.3 and up
Content Rating
Everyone
Interactive Elements
Shares Info, Shares Location
Permissions
Offered By
eks.az
©2018 GoogleSite Terms of ServicePrivacyDevelopersArtistsAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.