PASHA Mobile Bank

PAŞA Bankın Mobil bank əlavəsi həyatınızı daha da asanlaşdırdı: indi Mobil bank əlavəsi vasitəsi ilə xidmətləri komissiyasız ödəmək, yaxınlarınıza pul köçürmək, kredit üçün müraciət edib, statusunu öyrənmək, xərclərinizə nəzarət edə bilərsiniz.

QEYDİYYAT
Qeydiyyatdan keçib rahatlıqla bütün kartlarınızı izləyin:
- Ş/V-nin FİN kodunu və ya PAŞA Bank kartınızın 16 rəqəmli nömrəsini qeyd edin;
- Aktivasiya kodunun göndərilməsi üçün telefon nömrəsini seçin;
- Aktivasiya kodunu daxil edin və şəxsi məlumatlarınızı doldurun.

TƏHLÜKƏSİZLİK
Biz Sizin bank məlumatlarınızın təhlükəsizliyini təmin edirik. Kart məlumatlarınız, pul köçürmələriniz və ödənişlərinizin tarixçəsi VİSA/MasterCard Beynəlxalq Ödəniş Sistemlərinin tələb etdiyi standartlara uyğun olaraq qorunur.

ONLAYN NÖVBƏ
İstifadə etmək istədiyiniz xidmət üzrə onlayn növbə bölməsində seçim edib, filialda gözləmədən xidmətdən bəhrələnə bilərsiniz.

XİDMƏTLƏRİNİZİN ANİ ÖDƏNİŞİ
Mobil telefon, dövlət, kommunal, internet, taksi, parkinq və s. ödənişləri komissiya tutulmadan dərhal ödəyə bilərsiniz. Daha da rahat istifadəsi üçün, bu ödənişlərin şablonlarınınmobil əlavədə yadda saxlanılması imkanı yaradılıb.

HƏR ŞEY NƏZARƏTİNİZ ALTINDA
Bütün xərclərinizə real rejimdə nəzarət imkanından istifadə edə, əməliyyatlar üzrə tarixçəni asanlıqla görə bilərsizniz. Kartınızı itirdikdə Banka zəng etmədən onu dərhal PAŞA Bank Mobil Əlavəsi vasitəsilə bloka sala bilərsiniz.

KARTLAR ARASI KÖÇÜRMƏLƏR
İndi köçürmələri nəinki öz kartlarınız arasında, həmçinin digər bankların kartlarına rahatlıqla edə bilərsiniz.
PAŞA Bankın Mobil bank əlavəsində qeydiyyatınızla bağlı hər hansı bir çətinliyiniz olarsa, *9123 nömrəsinə zəng etməklə bizimlə əlaqə saxlaya bilərsiniz.
Read more
4.3
799 total
5
4
3
2
1
Loading...

What's New

PAŞA Bankın Mobil bank əlavəsinin istifadəçiləri üçün yeniliklər:
- PAŞA Bankın Mobil bank əlavəsi yeni dizaynda istifadəyə verilir;
- Kredit üçün müraciət etdikdə status barədə məlumatı Mobil bank əlavəsində əldə etmək mümkündür;
- PAŞA Bankın ATM və filiallarının xəritəsi indi Mobil bank əlavənizdə.
Sizləri bu təkmilləşmələrdən bəhrələnməyə dəvət edirik!
Read more

Additional Information

Updated
May 12, 2018
Size
10M
Installs
50,000+
Current Version
2.1.5
Requires Android
4.0.3 and up
Content Rating
Everyone
Permissions
Offered By
“PASHA Bank” OJSC
©2018 GoogleSite Terms of ServicePrivacyDevelopersArtistsAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.