İlk olaraq Keyestudio 4WD BT Robot Car V2.0 Kit for Arduino dəsti üçün hazırlanıb, amma Arduino və Motor Shield (Driver) üzərində hazırlanmış istənilən təkərli və ya tırtıllı robotla işləməlidir.
ARDUINO-YA YAZILMALI OLAN KODLAR:
https://github.com/shikhli/Arduino-Bluetooth-car-remote
Səhifədə 2 müxtəlif motor drayver üçün Arduino kodu var:
1) "Motor Shield V2" motor drayveri üçün
2) "L298N" motor drayveri üçün
Ətraflı məlumat səhifədə təsvir edilib.
MOTORLARIN "Motor Shield V2.0" İLƏ BİRLƏŞMƏ SXEMİ:
M1 <---> B
M2 <---> B1
M3 <---> A1
M4 <---> A
TƏTBİQİN XÜSUSİYYƏTLƏRİ:
* Həm Klassik Bluetooth (HC-05, HC-06), həm də Bluetooth Low Energy - BLE (HM-10 və s.) modulları dəstəklənir.
* Sürətin dəqiq idarəsi üçün analoq slayder idarəetmə üsulu.
* "Maşın" və "Tank" tipli idarəetmə rejimləri.
* LED displeydə Bluetooth-un MAC ünvanını avtomatik olaraq göstərir (son 4 simvol) /yalnız BLE olduqda/
* Arduino kodunu dəyişdirərək ekrana istənilən yazı yaza bilərsiniz. Kodda hazır ingilis əlifbası, rəqəmlər və bəzi simvollar (?,.-) var.
Tətbiqin SOURCE KODU
https://github.com/shikhli/Universal-Bluetooth-Controller---Android-App-for-Arduino
Güncəlləmə vaxtı
31 may 2024