ZDrive — şəhərlərarası və şəhərdaxili səyahətlərdə eyni istiqamətə gedən sürücülərlə sərnişinləri birləşdirən platformadır.
ZDrive taksi və ya daşıma xidməti göstərmir. Biz yalnız vasitəçi platformayıq: sürücü öz avtomobili ilə onsuz da getdiyi yolun xərclərini sərnişinlərlə bölüşür.
SÜRÜCÜLƏR ÜÇÜN
• Getdiyiniz marşrutu elan edin, boş yerləri doldurun
• Yol xərclərini — yanacaq, yol haqqı — bölüşün
• Sərnişin müraciətlərini özünüz seçin və təsdiqləyin
• Avtomobilinizi profilə əlavə edin
SƏRNİŞİNLƏR ÜÇÜN
• İstiqamət və tarixə görə səyahət axtarın
• Uyğun elana müraciət göndərin
• Sürücü ilə birbaşa yazışın
• Qiyməti əvvəlcədən bilin — gizli ödəniş yoxdur
BAĞLAMA GÖNDƏRİN
Şəhərlərarası bağlama və sənəd göndərmək üçün də uyğun sürücü tapa bilərsiniz.
TƏHLÜKƏSİZLİK
• Sürücü sənədləri admin tərəfindən yoxlanılır
• Səyahət zamanı SOS düyməsi
• İstifadəçi rəyləri və reytinq sistemi
• İstifadəçini bloklamaq və şikayət etmək imkanı
• Telefon nömrəsi yalnız təsdiqlənmiş səyahətlərdə görünür
• Mesajlar şifrələnmiş şəkildə saxlanılır
TƏTBİQ DAXİLİ SÖHBƏT
Sürücü və sərnişinlər səyahətlə bağlı bütün detalları tətbiq daxilində razılaşdıra bilər.
ÖDƏNİŞ
Ödəniş birbaşa sürücüyə nağd şəkildə həyata keçirilir. ZDrive ödəniş qəbul etmir və komissiya tutmur.
DİLLƏR
Azərbaycan, English, Русский, Türkçe
QONAQ REJİMİ
Qeydiyyatdan keçmədən elanlara baxa bilərsiniz. Elan yerləşdirmək və yazışmaq üçün hesab lazımdır.
Suallarınız üçün: support@caspix.org
Eyni istiqamətə gedən sürücü və sərnişinləri birləşdirən platforma