Yandex.Key, Yandex, Google, GitHub, Dropbox, Vk.com və iki faktorlu autentifikasiyaya (2FA) malik digər xidmətlər üçün birdəfəlik parollar (OTP) yaradan autentifikatordur. Yandex-ə daxil olmaq üçün adi parolunuz əvəzinə bu birdəfəlik parolu daxil edin və digər xidmətlərə adi parolunuzla daxil olun.
- Məlumatların qorunması
Yandex.Key hesabınızı sındırılmadan və şəxsi məlumatlarınızın oğurlanmasından qoruyur. Birdəfəlik parollar yalnız sizin mobil cihazınızda əlçatan olacaq.
- Təhlükəsizlik standartları
Yandex.Key, yalnız sms-dən istifadə edən xidmətlər istisna olmaqla, RFC 6238 və RFC 4226 istifadə edən bütün xidmətlərdə iki faktorlu autentifikasiyanı (və ya iki addımlı doğrulama) dəstəkləyir.
- Dəstək
Cihazınızla nəsə baş verdikdə istifadə etmək üçün Yandex serverlərindəki məlumatların ehtiyat nüsxəsini çıxarın. Bu təhlükəsizdir: ehtiyat nüsxəniz yalnız sizin bildiyiniz paroldan istifadə etməklə şifrələnir.
Ətraflı məlumat üçün https://ya.cc/2fa-az saytına daxil olun
Güncəlləmə vaxtı
17 okt 2024