SİMA - Rəqəmsal İmza

4.2
28K reviews
Content rating
Everyone
5M+
Downloads
Content rating
Everyone
Learn more
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

SİMA bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır. SİMA mobil tətbiqi heç yerə getmədən, sənədlər toplamadan, növbədə gözləmədən və cəmi bir neçə dəqiqə ərzində yeni nəsil rəqəmsal imza əldə etməyə imkan verir. Ən əsası isə vətəndaşdan HEÇ BİR ÖDƏNİŞ TƏLƏB OLUNMUR.

SİMA İmza ilə bu xidmətlərdən istifadə edə bilərsiniz:
- Maliyyə xidmətləri – BOKT xidmətləri, Bank xidmətləri; kredit və kart sifarişi, hesab açma, hesabdan çıxarış almaq, pul köçürmə, şəxsi kabinetə giriş.
- Sığorta xidmətləri – KASKO sığorta məhsulları, həyatın yaşam sığortası, sığorta müqavilələrinin imzalanması, sığorta müraciət anketinin imzalanması.
- Dövlət elektron xidmətləri – Güzəştli mənzil sistemi, Elektron məhkəmə sistemi, E-Polis, Elm və Təhsil Nazirliyi və Dövlət vergi Xidmətində əməliyyatların həyata keçirilməsi.
- Digital login ilə daxil ola biləcəyiniz bütün portallara giriş və e-xidmətlərdən istifadə.

SİMA rəqəmsal imza vasitəsilə "PAŞA Bank"dan əməkhaqqı kartı olanlar mobil tətbiqi vasitəsilə nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, Yelo Bank”dan banka getmədən sahibkar krediti götürə və “Bank of Baku” müştəriləri “Dostbank” tətbiqində identifikasiya prosesini tamamlaya bilərlər. Bundan əlavə SİMA imza ilə "Digital Login" sisteminə daxil olaraq 80 portal və xidmətə giriş edə bilərsiniz.
Artıq yeni inteqrasiya nəticəsində fərdi sahibkarlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmət üzrə əməliyyatlarını SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.
- Sadələşdirilmiş, gəlir, əmlak kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edilməsi;
- POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması;
- Elektron qaimə göndərilməsi və s.

SİMA rəqəmsal imza hazırda bir çox özəl və dövlət qurumları ilə inteqrasiyanı davam etdirir və rəqəmsal xidmətlərin əhatə dairəsini genişləndirir. Son dövrdə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlara “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması və “Foriella Mebel” MMC daxildir.

SİMA İmza-nın üstünlükləri:
- Rahatlıq və təhlükəsizlik
- Tamamilə ödənişsiz əldə edilməsi
- Mobil tətbiqdə sürətli qeydiyyat
- Elektron sənədlərin dərhal imzalanması

SİMA İmza ilə artıq internet vergi portalı üzərindən e-vergi sənədlərini imzalamaq çox sürətli və rahatdır. İnternet vergi dairəsi ilə inteqrasiya edilmiş bu sistem sayəsində vergi sənədlərinizi etibarlı şəkildə təqdim edin. Vergi ilə bağlı bütün sənədlərinizi, vergi hesabatlarınızı, rüblük hesabatları və vergi bəyannamələrinizi E-taxes portalına SİMA imza ilə daxil olaraq apara bilərsiniz. Bütün rəqəmsal imzalama ehtiyaclarınız üçün SİMA daim yanınızdadır.

Nəzərə alsaq ki, asan imza yüklenməsi mümkün olmayan və quraşdırılması zaman alan bir proses olduğu üçün vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər SİMA imza tətbiqini telefonlarına yükləyərək və sadə qeydiyyat prosesini tamamlayaraq üstünlüklərdən yararlana bilərlər. Asan login qeydiyyat prosesinin uzun olduğunu da nəzərə alsaq SİMA imza sürətli qeydiyyat və imzalama prosesi ilə sizin ən böyük yardımçınız olacaq.

Uztanıma imza texnologiyası sənədlərin sürətli və təhlükəsiz imzalama prosesini sizin üçün reallaşdırır. Əlavə qurğuya ehtiyac duymayan bu müasir imza texnologiyası mobil telefonunuzdakı bir tətbiqdən ibarətdir. İmza elektron şəkildə hüquqi qüvvəyə malik formada aparılır. Rəsmi və şəxsi sənədlər üçün online imzalayıcı həllini axtarırsansa, SİMA tam sizin üçündür. Ənənəvi imza və kağız sənəd prosesinin artıq vaxt itkisinə səbəb olduğu bir dövrdə imza üztanıma texnologiyası işlərinizi sürətləndirir, biznesinizi gücləndirir və ən əsası boşa itirilmiş zamanı sizə geri qaytarır.
SİMA İmza mobil tətbiqini yükləyib, şəxsiyyət vəsiqənizi oxudub və üztanıma əsasında kimliyinizi təsdiqlədib yeni nəsil rəqəmsal imza əldə edin.
Updated on
Jun 23, 2026

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
This app may share these data types with third parties
Personal info, Files and docs and 2 others
This app may collect these data types
Personal info, Photos and videos, and Device or other IDs
Data is encrypted in transit
You can request that data be deleted

Ratings and reviews

4.2
27.9K reviews
Saleh Mammadov
June 13, 2026
The worst app I've ever seen. Face recognition works incredibly poorly!! I'm tired of scanning my face 100 times. I have a Samsung S25 Ultra, and the lighting in the sun is perfect. But the app still doesn't work! I don't know how to get my product approved in Smart Customs, which I ordered.
1 person found this review helpful
Did you find this helpful?
Dmitriy Solovyov
April 17, 2026
a year later and still this is the worse application of all goverment digital platforms. banks facial scan works flawlessly. MyGov app facial scan works well. this application has such a broken facial scan engine it is simply a shame and is unlovable. developers should really check how other teams work and learn. or give it away to MyGov team so users stop suffering. i don't know a single person whose facial scan was free of trouble. shame.
13 people found this review helpful
Did you find this helpful?
AzInTelecom
September 2, 2024
Salam, hörmətli istifadəçi. Rastlaşdığınız çətinliyə görə təəssüf edirik. Yaranan çətinliyi aradan qaldırmaq üçün info@sima.az və ya 157 çağrı mərkəzi ilə əlaqə saxlamağınızı xahiş edirik.
Tural Mehreliyev
June 18, 2026
I can't register, because app couldn't recognize my face. the worst app by farr. Fix or i will sue you.
Did you find this helpful?
Content rating
Everyone
Learn more

App support

About the developer
AZERBAIJAN INTERNATIONAL TELECOM (AZINTELECOM)
aslan.aslanov@azintelecom.az
74 Alibey Huseyizadeh Baku 1073 Azerbaijan
+994 55 238 92 12