10+
Endirmələr
Məzmun reytinqi
Hər kəs
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli

Bu tətbiq haqqında

"Sağlamlıqim" mobil Tətbiqi xəstələrə qayğının yaxşılaşdırılması, tibbi maarifləndirmə və tibbi məlumatlılığın təmin edilməsinə yönəlib. Tibbi vəziyyətlər və xəstəliklər haqqında ətraflı məlumatı özündə cəmləşdirən bu tətbiqdən - Xəstəliklər və Vəziyyətlər linkinə keçərək və ya axtarış düyməsinə tıklayaraq istifadə etmək olar.

Onlayn olaraq, pasiyentlər müxtəlif xəstəliklər və klinik vəziyyətlər və onların ən son elmi tədqiqatlara əsaslanan müalicələri barədə məlumat almaq, dərman və ya qida əlavələri haqqında məlumat axtarmaq, tibbi terminlərin mənalarını öyrənmək, tibbi video və ya xəstəliklərə aid şəkillərə baxmaq və tibbi yeniliklərə çıxış əldə edə bilərlər.

Tətbiqdə ictimai səhiyyə və sağlam həyat tərzinə aid məlumatlar, genetik xəstəliklər, dərmanlar və qida əlavələri haqqında məlumatlar, tibbi testlər və diaqnostika kimi kateqoriyalarına aid məlumatlar da yerləşdirilir.

Tətbiq, xəstələrin sadəcə müşahidəçi və xidmət alıcısı olmaqdan, sağlamlıqlarının məsuliyyətli təminatçısı olmalarına keçməsi və səhiyyə işçiləri ilə tam tərəfdaş kimi qayğı peosesində iştiraklarını təşviq edir.

Tətbiq və burada olan məlumat və tövsiyələr ümumi tibbi maaeifləndirmə üçün nəzərdə tutulub və tibb işçisinin, həkimin müayinəsini və baxışını və müalicə taktikasını əvəz etmir. Bütün hallarda həkiminzlə məsləhətləşməniz ciddi tövsiyə olunur.
Güncəlləmə vaxtı
26 apr 2021

Data təhlükəsizliyi

Tərtibatçılar tətbiqlərinin datanızı necə topladığı və istifadə etdiyi ilə bağlı məlumatları burada göstərə bilər. Data Təhlükəsizliyi barədə ətraflı məlumat
Məlumat əlçatmazdır