Gilavar Foto Klubu ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, fotoqrafları bir arada toplayan, fotoqrafiyanın inkişafına dəstək verən qeyri-hökumət təşkilatıdır.
Ölkənin aparıcı foto təşkilatı olaraq Uzun illərdir Azərbaycanda foto sənətinin inkişafına və təbliğinə töhfə verir, bu istiqamətdə bir çox layihələr, təlimlər, fotomüsabiqə və fotosərgilər həyata keçirir.
gilavar.az veb-saytının əsas məqsədi və missiyası təşkilatın fəaliyyəti, gördüyü işləri, ölkəmizdə və dünyada Azərbaycan foto sənəti ilə bağlı olan xəbərlərin, məlumatların, yeniliklərin oxuculara çatdırılmasından ibarətdir.