Ölkənin mədəni irsi ilə bağlı belə bir rəqəmsal platformanın yaradılması mədəni dəyərlərin qorunub saxlanılmasına, populyarlaşdırılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Eyni zamanda, bu layihə Azərbaycanın unikal mədəni irs abidələrinin dünyada tanıdılması üçün güclü bir vasitə olacaq və həmin ərazilərdə turizmin inkişafına öz töhfəsini verəcək.
Azərbaycanın mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platforma