OTOBAZA

5K+
Endirmələr
Məzmun reytinqi
Hər kəs
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli

Bu tətbiq haqqında

Biz Azərbaycanda rəqəmsal platforma və mobil tətbiq vasitəsilə ehtiyat hissələrinin satışını və nəqliyyat vasitələri üçün analitik məlumatlar bazasını təşkil edən ilk peşəkar şirkətik. Şirkətimiz Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 3 mart 2022-ci il tarixində Startap Şəhadətnaməsi ilə təltif olunmuşdur. Fəaliyyət sahəmizə, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satışı ilə məşğul olan kiçik və orta biznes subyektlərini daxil etmək, avtomobil təmir avto-servislər ilə işğüzar əlaqələr qurmaq və eyni zamanda sürücülərlə əməkdaşlıq mühitini yaratmaq əlavə olunmuşdur.
Bizimlə əlaqə yaratmaq üçün aşağıdakı formadan birbaşa yaza və ya digər əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Şirkət haqqında
Bizim komandanın artıq 20 ildən çoxdur ki, bu sahədə peşəkar təcrübəsi var. Fəaliyyətimizin ilk dövrlərində müxtəlif növ yük və minik maşınları üçün ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirmişik. Müxtəlif marka və brendlər üzrə ehtiyat hissələri satışını təmin edərək anladıq ki, bu fəaliyyət sahəsini genişləndirmək üçün hökmən müasir dövrün tələblərinə uyğun yeniliklərə keçid etmək lazımdır. Beləliklə 2018-ci ildə komandamızla birlikdə alıcılar və satıcılar üçün daha da rahat bir yol seçərək rəqəmsal layihəyə start verdik. "Otobaza" adlı veb platforma və mobil tətbiqini sizlər üçün hazırladıq.

Layihənin məqsədi
Saytımız və mobil tətbiqimiz həm satıcılara, həm də alıcılara fayda verəcəyini düşünərək bu məhsulu təklif edirik. Otobaza platforması alıcılar və satıcılar arasında üçüncü tərəflərin iştirakı olmadan bazar mühitini yaradır. Bu mühitdə ehtiyat hissələri üzrə Alıcılar üçün real qiymətlərin rahat seçimi, Satıcılar üçün isə müştərilərlə bir başa yaratmaq imkanlarını təmin etmişik.
Otobaza layihəsinin məqsədlərindən biri də Sürücü və E\H satan Satıcılar arasında prosesləri avtomatlaşdırılması və şəfafflığı təmin etməkdir.
Otobaza platforması - Sürücülər üçün ehtiyyat hissələrini və aksesuarları satan mağazaları tapmağa imkan yaradır.
Otobaza platforması vasitəsilə Sürücülər E\H sifariş etməklə ünvanda əldə edə bilirlər.
Otobaza platforması vasitəsilə Sürücülər E\H axtarış zamanı məsafəyə və ya qiymətə uyğun filtrasiya edə bilirlər.
Otobaza mobil tətbiqində Sürücülərə lazım olan ehtiyyat hissələrini bir sıra yollar ilə tapa bilirlər və nəqliyyat vasitələrində görülmüş işlərin qeydiyyatını apara bilərlər:
·       Sorğu əlavə etmək ilə (mağazalar tez bir zaman təklif almaq üçün)
·       E\H detalının kodu ilə (istehsalçı tərəfindən təyin edilən unikal kod)
·       Nəqliyyat vasitəsinin VİN kodu ilə axtarış imkanı (unikal kod)
·       Kataloq ilə axtarış imkanı (marka, model, e\h kateqoriyası və digər parametrlər üzrə)
·       TexKart - Bu bölmədə nəqliyyat vasitənizdə görülmüş və növbəti görüləcək işlər barəsində məlumat əldə edə bilərsiniz
Otobaza startup-ı yeni imkanlara, investisiyalara və digər biznes tərəfdaşlığa açıqdır.
Güncəlləmə vaxtı
9 okt 2023

Data təhlükəsizliyi

Təhlükəsizlik developerlərin məlumatlarınızı necə toplayıb paylaşdığını anlamaqdan başlayır. Məlumatların məxfiliyi və təhlükəsizlik təcrübələri istifadə, region və yaşınıza görə dəyişə bilər. Developer bu məlumatı təmin edir və zaman keçdikcə yeniləyə bilər.
Üçüncü tərəflərlə heç bir məlumat paylaşılmır
Tərtibatçıların paylaşımı necə bəyan etdikləri haqqında ətraflı məlumat
Məlumat toplanılmır
Tərtibatçıların toplamanı necə bəyan etdikləri haqqında ətraflı məlumat

Yeniliklər

Kiçik xətalar aradan qaldırıldı.
Yeni özəlliklər əlavə edildi.