689K rəy
Məzmun reytinqi
Hər kəs
10 mln+
Endirmələr
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli
Ekran şəkli

Bu tətbiq haqqında

Birbank tətbiqini endirməklə kartlardan ödəniş, bonuslar, Apple Pay, onlayn növbə götürmə kimi özəlliklərindən yararlan.Birbank taksit kartları ilə QR-ödənişlərə 2 qat ƏDV qazan.Həmçinin ay ərzində bütün Birbank kartlarındakı şəxsi vəsaitindən ümumilikdə 10 000 ₼-dək məbləği tam komissiyasız köçür və bankımıza məxsus bankomatlarda nağdlaşdır.
TƏTBİQİN ÜSTÜNLÜKLƏRİ

* Filiala getmədən 24/7 nağd kredit & taksit kartı limiti əldə etmək

* Bank kartları, hesablarını idarə etmək;

* Depozit hesablarına nəzarət;

* Birbank şəxsi kabineti ilə kredit borclarınıza nəzarət və ödəmək imkanı;

* Onlayn valyuta məzənnəsinin hesablanması və izlənməsi;

* Kartlar üzərində PIN dəyişmə, SMS bankçılıq, 3D Secure, gündəlik limitlərin idarəsi və s. əməliyyatları aparmaq.
ÖDƏNİŞLƏR

Tətbiq istifadəçilərinə şəxsi kabineti istifadə edərək aşağıdakı onlayn ödəniş imkanlarını verir:

* Mobil ödənişlər – Azercell, Bakcell, Nar;

* Kommunal ödənişlər – Azeristlik, Azersu, AzeriQaz, Azerişıq;

* İnternet – Aztelecom, BIRLink və s.;

* TV – AiləTV, KATV ödənişləri;

* Telefon ödənişləri – Aztelekom, Baktelekom;

* Dövlət – dövlət vergiləri, ƏDV geri al;

* Sığorta – PAŞA Sığorta;

* Xeyriyyəçilik – YAŞAT fondu, Qırmızı Ürəklər Fondu;

* Cərimə – BNA, DYP cərimə;

* Kreditlər – Kredit Kapital Bank, İpoteka, Kontakt Home, Optimal, İrshad;

* Təhsil müəssəsi ödənişləri;

* Parkinq;

* Birmarket – onlayn mağazada cibinə uyğun alış-veriş edərək bonuslar qazan və kredit kartı ilə aylarla böl, hissə-hissə ödə;

* Ödəniş şablonu – Birbank-da ödənişi yadda saxlamaq imkanı ilə həm aylıq avtomatik ödənişlər təyin et, həm də istədiyin zaman ödənişləri təkrarla.
KÖÇÜRMƏ VƏ NAĞDLAŞDIRMA

* Bütün Birbank kartlarındakı şəxsi vəsaitdən ümumilikdə 10 000 ₼-dək məbləği tam komissiyasız köçürmək və bankımıza məxsus bankomatlarda nağdlaşdırmaq imkanı;

* Bütün beynəlxalq bank kartlarına və ölkədaxili hesablara pul köçürmələri;

* Cash by Code ilə köçürmələr;

* Mobil nömrə ilə Birbank istifadəçilərinə köçürmələr;

* Zolotaya Korona, Western Union, Xəzri beynəlxalq ödəniş sistemi ilə pul köçürməsi etmək və almaq mümkündür.
BONUS VƏ MİLLƏR

İndi qazandığın bonuslar Bir Bonus kabinetində toplanır.Geniş partnyor şəbəkəmizdə daha çox bonus qazana və ya taksitlə alış-veriş edə bilərsən. Ödənişlərdən əldə etdiyin millər ilə AZAL, THY və digər şirkətlərdən bilet almaq mükündür.
ƏDV GERİ AL

Birbank Cashback kartı ilə edilmiş alış-veriş çeklərinin QR-nı Birbank-da oxut, ƏDV-nin 35%-ni "ƏDV geri al" balansına əldə et. Bonuslar hesabında ƏDV balansına nəzarət edə, ödənişlər və köçürmələr edə bilərsən.
TƏMASSIZ ÖDƏNİŞ ÜSULLARI

* NFC: telefonu POS terminala toxundurmaqla;

* Apple Pay: (Visa və MasterCard) taksit və debet kartını wallet-ə əlavə etməklə;

* QR Pay: çeki və ya kassadakı QR kodu oxudaraq ödənişləri təhlükəsiz və təmassız edə bilərsən.
RƏQƏMSAL KART

Kapital Bank filiallarına gəlmədən bir neçə saniyədə pulsuz karta sahib ol. Digital Card ilə Birbank-dan istifadə edərək, onlayn ödənişlər, pulsuz köçürmələrdən yararlana bilərsən.
RƏQƏMSAL BANKÇILIQ

Kart və kredit sifarişi – Bank məhsulları bölməsindən istəyinə uyğun kartı və ya nağd krediti onlayn şəkildə 24/7 əldə edə bilərsən.Nağd kredit və taksit limiti də Birbank tətbiqində əks olunacaq.


Onlayn növbə – Tətbiqin onlayn növbə bölməsindən bank xidmətini seçib, filial, tarix və saatı qeyd etməklə növbəni götür və filialda sıra gözləmə.
BİRBANK PARTNYORLARI

İstədiyin mağaza, restoran və digər xidmətlər ilə Birbank partnyorları səhifəsindən tanış ola bilərsən. Həmçinin, partnyorların təklif etdiyi sərfəli kampaniyalar, keşbek, mil və taksit imkanlarını da burada yerləşdirmişik.
FİLİAL VƏ BANKOMATLAR

Ölkə ərazisində yerləşən Kapital Bank filiallarını, həmçinin bankomatlarını ya siyahıdan, ya da xəritədən tapa bilərsən.
DİGƏR XİDMƏTLƏR

Azercell fakturalı xətt, PAŞA Həyat sığortası abunəçiləri üçün hesabın idarə olunması və cərimələrdən anında xəbər tutmaq üçün SMS Radar funksiyası mövcuddur.
Birbank - Mobil bankçılıq
Güncəlləmə vaxtı
8 avq 2026

Data təhlükəsizliyi

Təhlükəsizlik developerlərin məlumatlarınızı necə toplayıb paylaşdığını anlamaqdan başlayır. Məlumatların məxfiliyi və təhlükəsizlik təcrübələri istifadə, region və yaşınıza görə dəyişə bilər. Developer bu məlumatı təmin edir və zaman keçdikcə yeniləyə bilər.
  • Üçüncü tərəflərlə heç bir məlumat paylaşılmır
    Tərtibatçıların paylaşımı necə bəyan etdikləri haqqında ətraflı məlumat
  • Bu tətbiq bu data növlərini toplaya bilər
    Məkan, Şəxsi məlumatlar və digər 7 nəfər
  • Data ötürülərkən şifrələnir
  • Datanın silinməsini tələb edə bilərsiniz

Reytinqlər və rəylər

686K rəy
Google İstifadəçisi
6 noyabr 2018
Kapital Bankin Lerik filialinda qosuldum gösterilen xidmetden razi qaldim...
8.687 nəfər bu rəyi faydalı hesab edir
Bu, faydalı oldu?
Kapital Bank OJSC
8 noyabr 2018
BirBank tətbiqdən istifadə etdiyiniz üçün təşəkkür edirik!
İsmayıl Velişov
12 avqust 2026
kredit barədə mənə kömək etmədiniz halbuki mən və mənim yoldaşım maaşı bu bankdan alır sosial alırıq az məbləğdə kredit istədim məni təmin etmədiniz
2 nəfər bu rəyi faydalı hesab edir
Bu, faydalı oldu?
Kapital Bank OJSC
12 avqust 2026
Salam. Fikir bildirdiyiniz və Birbankdan istifadə etdiyiniz üçün təşəkkür edirik. Təkliflər və suallar ilə bağlı Onlayn Çata və ya 196 Telefon Mərkəzinə müraciət edə bilərsiniz.
Günay Çetin
15 avqust 2026
tətbiqdə kart görünmür.tətbiqi sildim yazdım 7 defe ,operatorada qoşuldum həll olmadı.kartı istifadə edə bilmədim...
Bu, faydalı oldu?
Kapital Bank OJSC
15 avqust 2026
Salam. Fikir bildirdiyiniz və Birbankdan istifadə etdiyiniz üçün təşəkkür edirik. Təkliflər və suallar ilə bağlı Onlayn Çata və ya 196 Telefon Mərkəzinə müraciət edə bilərsiniz.

Yeniliklər

Qazandığınız bonusları ödənişlər tarixçəsində də görə biləcəyinizi təsəvvür edə bilərdiniz? Xəyal qurmaq lazım deyil, indi tətbiqimizdə “Tarixçə” bölməsində hər ödənişdən qazandığınız bonusları görəcəksiniz. Bir Bonus ilə hər zaman bonusla!